Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:17

Taliblər rus pilotunu qaytardılar


Mi-17
Mi-17

Əfqanıstanda «Taliban»ın əsir götürdüyü vertolyotun ekipajı azad edilib. «Taliban» altı əsirin hamısını azad edib. Onların arasında rus da var. Rusiya vətəndaşı Rusiyanın İslamabaddakı səfirliyinə təhvil verilib.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vertolyot ekipajının azad edilməsi ilə bağlı danışıqlarda Əfqanıstan-Pakistan sərhədində məskunlaşmış yerli tayfalardan biri iştirak edib.

«Mi-17» vertolyotu Əfqanıstanda qəza enişi edərkən «Taliban» qruplarından biri ekipaj üzvlərini əsir almışdı.

Hazırda terrorçu qrup kimi tanınan «Taliban» 1994-cü ildə yaradılıb və 1996-cı ildən 2001-ci ilə qədər Əfqanıstanı idarə edib. 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş və minlərlə adamın öldüyü terror aktından sonra NATO Əfqanıstanda hərbi əməliyyatlara başlayıb.

Hazırda Əfqanıstanda 8 mindən çox amerikalı hərbçi var.

XS
SM
MD
LG