Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:16

ABŞ virusa görə fövqəladə hal elan edib


Puerto-Riko
Puerto-Riko

ABŞ hökuməti Puerto-Rikoda «Zika» virusuna görə fövqəladə vəziyyət elan edib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Adada «Zika» virusuna yoluxmuş 10 min şəxs var, onların arasında hamilə qadınlar çoxluq təşkil edir.

Həkimlər narahatdırlar ki, yarım ildən sonra ada sakinlərinin çoxu bu virusa yoluxacaq.

«Zika» virusuna yoluxmuş adamda baş, oynaq ağrıları, atəş, gözlərdə qızarma, qusma, yorğunluq müşahidə edilir. Virusun ən ağır fəsadı yeni doğulmuş körpələrdə müşahidə olunur.

ABŞ-ın özündə mindən çox «Zika» virusuna yoluxma qeydə alınıb. Rusiya yoluxma ilə bağlı 6 hal var.

Karib dənizində yerləşən Puerto-Riko ABŞ-ın nəzarəti altında olan, amma müstəqil dövlətdir.

XS
SM
MD
LG