Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

Avqustun 12-də Azərbaycanın 5 idmançısı yarışacaq


Boks
Boks

Braziliyada XXXI Yay Olimpiya Oyunları həyəcanının yeddinci günü davam edir.

AZƏRTAC xəbər verir ki, avqustun 12-də Azərbaycanın beş atleti idmanın dörd - cüdo, atıcılıq, boks və atletika növündə mübarizəyə qoşulacaq.
24 dəst medal uğrunda yarışların keçiriləcəyi bu gündə idmansevərlər əvvəlcə Azərbaycan cüdoçusu Ushangi Kokauri-nin (100 kq-dan yuxarı) çıxışını izləyə biləcəklər. 1/16 final mərhələsində tatami üzərinə çıxacaq idmançının rəqibi latviyalı Arturs Nikiforenko olacaq. Görüş Bakı vaxtı ilə saat 17:07-də başlamalıdır.

Saat 19:15-də də Ruslan Lunyov 25 metr məsafəyə sürətlə atəşaçma yarışının təsnifat mərhələsində qüvvəsini sınamalıdır. 26 iştirakçının çıxış edəcəyi yarışın ikinci mərhələsi avqustun 13-də saat 16:00-da, final mərhələsi də saat 19:30-da start götürməlidir.

Buna da bax - Azərbaycanlı məşqçinin erməni tələbəsi Olimpiya çempionu oldu

Bu gün, avqustun 12-də həmçinin, Azərbaycanın iki boksçusu rinqə çıxacaq. İlk döyüşdə dünya çempionu Albert Səlimov (60 kq) 1/4 finalda fransalı Sofiane Oumiha ilə üz-üzə gələcək. Qələbə qazanacağı halda, A.Səlimov ən azı bürünc medalı təmin edəcək.

Bundan sonra da Azərbaycanın başqa bir boksçusu Kamran Şahsuvarlı 75 kiloqram çəkidə 1/8 final döyüşündə rusiyalı Artem Chebotarev-la görüşməlidir.

Hazırda Azərbaycanın aktivində iki gümüş medal var. Hər iki medal cüdoda qazanılıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək.

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bəziləri mübarizəni yarımçıq dayandırıb.

XS
SM
MD
LG