Keçid linkləri

2026, 20 Aprel, bazar ertəsi, Bakı vaxtı 02:04

Mənbic şəhəri İŞİD-dən alınıb

Mənbicdə İŞİD bayrağı
Mənbicdə İŞİD bayrağı

Suriyanın demokratik qüvvələri iki ildir «İslam Dövləti» qruplaşmasının (İŞİD) əlində olan Mənbic şəhərini geri alıb.

Xəbəri Suriya İnsan Haqları Monitorinq Mərkəzi yayıb.

Mənbic Suriya-Türkiyə sərhədində yerləşir. Şəhər iki il əvvəl İŞİD-in əlinə keçmişdi.

Təşkilat Mənbicin mərkəzində bəzi İŞİD yaraqlılarının qaldığını da yazıb.

Mənbic İŞİD-in qalası sayılan Rakkadan Türkiyə sərhədinə və Hələbdəki bəzi bölgələrə uzanan yolların bu şəhərdən keçməsi səbəbiylə strateji yer sayılır.

This item is part of
XS
SM
MD
LG