Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:21

İtaliyadan Fransaya keçmək istəyən miqrantların qarşısı alınıb


İtaliyada qanunsuz miqrantlar
İtaliyada qanunsuz miqrantlar

İtaliyada məskunlaşmış bir qrup miqrant Fransaya keçmək istəyəndə, onların qarşısı kəsilib.

200-ə yaxın miqrant Fransanın İtaliya ilə sərhədindəki Menton şəhərinə keçmək istəsə də, polis onlara mane olub.

Daxili işlər naziri Bernard Cazeneuve bildirib ki, Mentona gəlmək istəyənlər təcili İtaliyaya qaytarılmalıdır.

Miqrantların çoxu qayalıqların üstündə gecələyir.

Paris bildirir ki, Avropa Birliyi qanunlarına görə, miqrantlar İtaliyada qalmalıdırlar.

Fransa bundan əvvəl də sözügedən yerdən qatar və avtobusla sərhədi keçə bilmiş minlərlə qaçqını İtaliyaya qaytarmışdı.

XS
SM
MD
LG