«İslam Dövləti» (İŞİD) qruplaşmasının Sinay yarımadasındakı lideri Abu Dua al-Ansari öldürülüb.
Bu açıqlama ilə Misir ordusu çıxış edib.
Açıqlamada bildirilir ki, hava zərbələri «Ansar Beyt əl-Makdis» qruplaşmasını hədəfə alıbmış.
Ordu 45 terrorçunun öldürüldüyünü, onlarla yaralı olduğunu, qrupun silah anbarının məhv edildiyini bildirir.
2011-ci ildən Sinay yarımadasında fəaliyyət göstərən qruplaşma, hələlik, açıqlama yaymayıb.