Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:06

Rəsmi Ankara ABŞ-ı itirmək istəmir


Türkiyənin baş naziri Binali Yıldırım Ankarada general Joseph Dunford-u qəbul edir.
Türkiyənin baş naziri Binali Yıldırım Ankarada general Joseph Dunford-u qəbul edir.

Baş tutmayan çevrilişdən iki həftə sonra Türkiyə rəsmiləri və hökumətyönlü media hakimiyyəti devirmək cəhdində ABŞ barmağından söz açmağa başladılar.

Bazar ertəsi – avqustun 1-də ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Joseph F.Dunford Türkiyənin müdafiə və baş nazirləriylə görüşüb. Onların hər ikisi, o sıradan baş nazir Binali Yıldırım general Dunford-a ölkələr arasındakı yaxın münasibətlərinin davam etməsini, «İslam Dövləti»nə qarşı birgə mübarizə aparmaq istədiklərini deyiblər.

GENERAL DUNFORD-UN SÖZLƏRİNƏ GÖRƏ...

General Dunford-un sözlərinə görə, rəsmilər ona ABŞ-ın çevriliş cəhdinə qatılıb-qatılmadığı barədə tək sual da verməyiblər. Bu susqunluq göstərir ki, Türkiyə rəsmiləri ənənəvi taktikalarına sadiq qalaraq, ABŞ-ı öz daxili auditoriyalarına, Türkiyə ictimaiyyətinə pisləyir, təkbətək görüşlərdə isə Amerika rəsmilərini strateji tərəfdaşlığa sadiq olduqlarına inandırırlar.

Çevriliş cəhdindən sonrakı günlərdə İncirlik hərbi bazasındakı ABŞ döyüş təyyarələrinin havaya qalxmasına Türkiyə imkan vermədiyindən, Amerika ordusunun «İslam Dövləti»nə qarşı bəzi əməliyyatları dayandırılmışdı. Hərbi baza qapadılmışdı. Türkiyə rəsmiləri çevrilişçilərin döyüş təyyarələrini yanacaqla doldurmaq üçün İncirlikdəki bir tankerdən yararlandığını düşünürdülər.

Buna da bax - Erdoğan pis siyasətdən geri çəkilir

TÜRKİYƏ LİDERLƏRİNİN HAMISI...

Hərbi hava bazasının türk rəisi çevriliş cəhdinə qatılmaqda suçlanaraq, həbs edildi. Buraya bir həftə elektrik enerjisi verilmədi. Oradakı amerikalılar yalnız generatorların ümidinə qaldılar. Bazanın çevrəsində isə etiraz aksiyaları keçirilirdi. Etirazçılar ABŞ-ın ölkədən çıxmasını tələb edirdilər. Amma general Dunford-un sözlərinə görə, Türkiyə rəsmiləri ona ABŞ-ın indən belə də İncirlikdən və başqa bazalardan istifadə edə biləcəyini deyiblər. General bunu da vurğulayıb ki, görüşdüyü Türkiyə liderlərinin hər biri, o sıradan parlament spikeri ABŞ-ın Fethullah Gülen-i Türkiyəyə təhvil verməli olduğunu söyləyib:

«Hər üç görüşdə [qarşı tərəfin] danışıq tonu çox pozitiv idi, qətiyyən ittihamedici deyildi. Əksinə, onlar tərəfdaşlığın önəmini dilə gətirdilər, ancaq Gülen-in repatriasiyasının çox vacib olduğunu da vurğuladılar».

Türkiyə rəsmiləri Qərb liderlərini bu günlərdə Türkiyənin yanında olmaqdan daha çox Erdoğan-ın apardığı təmizləmə işinə fokuslanmasından şikayətlənirlər. Həftəsonu Erdoğan-ın Türkiyə hökumətinə dəstək üçün Almaniyanın Köln şəhərində toplaşmış on minlərlə türkün qarşısında çıxış etməsinə imkan yaradılmayıb. Bu da Ankaranı qıcıqlandırıb.

Buna da bax - Erdoğanın sevimli sualı: 'Sən kimsən axı?..'

«SƏN KİMSƏN, VOTEL?»

ABŞ-ın hərbi və kəşfiyyat rəsmiləri ötən həftə Türkiyə hökumətinin orduda sərt tədbirlər görməsinin antiterror əməkdaşlığına mümkün təsirindən rahatsızlıqlarını dilə gətiriblər. Özəlliklə Türkiyə-Suriya sərhədinin möhkəmləndirilməsi zərurəti vurğulanıb. Bu, xarici döyüşçülərin «İslam Dövləti» qruplaşmasına qoşulmasını önləmək baxımından vacib sayılır.

Ötən həftə ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Joseph L.Votel diqqəti bu məsələyə yönəldərkən, Türkiyə rəsmiləri təşvişlə cavab veriblər ki, onun şərhlərində çevrilişə cəhd göstərənlərə rəğbət duyulur. Bu günlərdə Erdoğan Ankarada general Votel-i nəzərdə tutaraq, jurnalistlərə belə deyib:

«Sən kimsən? Öz yerini bil. Sən bu hökumətə çevriliş cəhdinin qarşısını aldığına, demokratiyanı qoruduğuna görə təşəkkür etməkdənsə, çevrilişçilərin yanındasan».

AMMA ABŞ GENERALI DEYİR Kİ...

General Dunford bildirir ki, onun görüşdüyü Türkiyə rəsmilərinin heç biri general Votel-in şərhlərindən tək kəlmə söz etməyib. Əksinə, onların hər biri ikitərəfli münasibətlərə fokuslanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG