Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:45

Azərbaycan boksçularının rəqibləri bəlli oldu


Teymur Məmmədov
Teymur Məmmədov

«Rio-2016» Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkatma mərasimi keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, püşkə əsasən, Azərbaycanın 4 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Yana Alekseevna (60 kq) ilk mərhələdən azaddır.

Azərbaycanın digər boksçularından Rüfət Hüseynov (49 kq) namibiyalı Tulyoongeleni Mathias Hamunyela, Cavid Çələbiyev (56 kq) Qazaxıstan idmançısı Kairat Yeraliyev, Lorenzo Sotomayor (64 kq) ukraynalı Volodymyr Matviichuk, Kamran Şahsuvarlı (75 kq) da Minggang Zhao (Çin) ilə rinqə çıxacaq.

Bundan başqa, Teymur Məmmədov (81 kq) Ukrayna təmsilçisi Denys Solonenko, Abdulkadir Abdullayev (91 kq) fransalı Paul Omba Biongolo, Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) da mərakeşli Mohammed Arjaoui ilə qarşılaşacaq.

«Rio-2016»da boks yarışlarına avqustun 6-da start veriləcək.

Bu gün, avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunları başlayacaq.

Bu Olimpiya Oyunlarına Azərbaycandan ümumilikdə 56 idmançı qatılıb.

Oyunlar 17 gün davam etməlidir.

XS
SM
MD
LG