Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:16

'Stratfor': Ermənistanda narazılıq artacaq


Yerevanda qarşıdurma zamanı 75 nəfər xəsarət alıb
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Yerevanda qarşıdurma zamanı 75 nəfər xəsarət alıb

-

Amerikanın "Stratfor" analitik mərkəzi Ermənistanda ölkə rəhbərliyinə qarşı etiraz aksiyalarının sürəcəyini proqnozlaşdırır. Mərkəzin hazırladığı məqalədə aksiyaların zokarılıqla müşayiət olunacağı da istisna edilmir.

“İnsanlar hakimiyyətin vədlərinə şübhəylə yanaşırlar”

Məqalədə deyilir ki, Ermənistanda girov böhranı sona çatsa da, əhali əvvəlki kimi ölkə rəhbərliyindən narazıdır.

İyulun 17-də Ermənistan prezidenti Serj Sarkisian-ın xalqın qarşısına çıxıb, islahatlara başlayacağını deməsini xatırladan müəllif yazır ki, insanlar hakimiyyətin bütün vədlərinə şübhəylə yanaşırlar.

Məqalədə vurğulanır ki, qoşunların təmas xəttində aprel eskalasiyası zamanı erməni tərəfinin illər öncə işğal etdiyi Azərbaycan ərazilərinin bir hissəsini itirməsi Sarkisyanın imicinə ciddi zərbə vurub.

Buna da bax: Qarabağ danışıqlarının detalları bilinmirsə...

“Azərbaycanla qarşıdurma indən belə də...”

Materialda daha sonra deyilir:

"Xalqın narazılığı, Azərbaycanla qarşıdurma indən belə də Ermənistan hökumətinin gələcəyinə kölgə salacaq. Ermənilərin çoxu Dağlıq Qarabağdakı aprel olaylarından son dərəcə qəzəblidir. Onlar bunu Ermənistan hökumətinin böyük uğursuzluğu sayırlar. Xalqın hökumətə təzyiqi artıqca-artacaq".

İstefa xəbərləri yayılır

Ermənistanın "Qraparak" ("Meydan") qəzeti ölkənin baş prokuroru Gevorg Kostanian-nın istefa verdiyini yazıb. Ermənistan mediasında baş nazirin də mümkün istefa xəbəri yayılmışdı.

Buna da bax: Ermənistanda mitinqlərə gələn it

Ermənistanda mitinqlərə gələn it
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG