Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:52

Yerevandakı polis binasının zəbtiylə bağlı istintaq çərçivəsində 47 nəfər həbs edilib.

Onlardan 24-nə qarşı girov götürmə maaddəsi ilə rəsmi ittiham irəli sürülüb.

Qeyd edək ki, iyulun 17-də polis binasını zəbt edən silahlı qrup iyulun 31-də təslim olub.

Bu məsələ bazar ertəsi Yerevanın mərkəzindəki “Azadlıq” meydanında ictimaiyyətin qızğın müzakirəsinə səbəb olub.

“Təsis parlamenti” hərəkatının üzvü Arutyun Aqlamazyan deyib ki, əgər hakimiyyət baş verənlərdən nəticə çıxarmasa, bütün ölkə boyu bu cür qiyam baş verəcək.

Qeyd edək ki, “Sasna Tsrer” qrupunun bir sıra silahlı üzvləri iyulun 17-də Erebunidəki polis binasını zəbt etmişdilər.

Onlar prezident Serzh Sarkisianın istefası və “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Yaraqlılar binanı zəbt edərkən 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Sonradan onlar bütün girovları azad ediblər.

Həmin gündən bu yana binanın ətrafında etiraz aksiyaları keçirilirdi.

Polislə aksiyaçılar arasında baş verən toqquşmalarda 50-dən çox adam xəsarət alıb, müxtəlif vaxtlarda ümumilikdə 100-dən çox adamsa saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG