Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 02:06

İsraildə 12 yaşlı uşaqları da həbsə atacaqlar


Fələstinli uşaq İsrail təhlükəsizlik qüvvələrinə daş atır.
Fələstinli uşaq İsrail təhlükəsizlik qüvvələrinə daş atır.

İsrail parlamenti terrorla bağlı 12 yaşındakı uşaqların da cəzalandırılmasına şərait yaradan qanun qəbul edib.

Qanun layihəsini İsrailin baş naziri Benjamin Netanyahu-nun rəhbərlik etdiyi Likud Partiyası irəli sürmüşdü.

Hakim partiyadan olan deputatlar bildirib ki, 2015-ci ilin oktyabrından Qəzzada 12-15 yaşlı uşaqlar bıçaqlı hücumlar həyata keçirir.

Ancaq İsrailin hüquq müdafiəçiləri qanuna qarşıdırlar. Onlar deyir ki, bu, İsrail polisinin təbliğatıdır, uşaqlar tərəfindən belə cinayətlər törədilməyib.

Bu vaxtadək İsrail polisi ancaq yaşı 14-dən yuxarı olan uşaqları həbs edə bilirdi.

XS
SM
MD
LG