Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 01:56

Venesuelada Maduro-nun getməsi üçün imza toplanacaq


Karakasda etiraz aksiyası
Karakasda etiraz aksiyası

Venesuelada müxalifət prezident Nicolas Maduro-nun vəzifədən getməsi üçün referendum tələbi ilə imza toplayır.

Maduro deyib ki, müxalifət lazımı qədər imza yığa bilsə, gələn il ölkədə prezident seçkisi olacaq.

«Mən əminəm ki, xalq bu dəfə də bizi seçəcək», -deyə prezident bildirib.

Referendum üçün müxalifət 3 gün ərzində 4 milyon imza toplamalıdır.

İmzatoplama avqustun 23-25-də həyata keçiriləcək.

XS
SM
MD
LG