«Barack Obama-nın Ağ Ev dövrü əsl fəlakət idi».
Bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trump Obama-nın onun haqqında «prezident olmağa uyğun deyil» deməsinə cavab olaraq bildirib.
«Fox» telekanalına müsahibəsində Trump Obama-nın «zəif və təsirsiz» olduğunu da söyləyib. «Obama bəlkə də ölkəmizin tarixində ən pis prezidentdir», - Trump deyib.
O, xarici siyasət sahəsində də Obama-dan çox bildiyini iddia edib.
Bundan əvvəl Barack Obama Donald Trump-ın prezidentliyə uyğun olmadığını demişdi. Obama respublikaçılara səslənərək, «Niyə görə hələ də onu dəstəkləyirsiniz» sualını vermişdi.