ABŞ-ın Texas ştatında yaşı 21-dən çox olan hər kəs universitet binasına silahla gələ biləcək.
Bununla da Texas tələbələrin universitetə silahla gəlməsinə icazə verilən 8-ci ştat olub.
Bu, 1966-cı ildə Texas Universitetində törədilmiş silahlı basqının 50-ci ildönümünə təsadüf edir.
Qanunun tərəfdarları bundan sonra kütləvi qətllərin qarşısının alınacağını bildirir. Əleyhdarları isə deyir ki, əksinə, bu qanun daha çox zorakılıqlara rəvac verəcək.
1966-cı ildə Texas Universitetində Charles Whitman-ın törətdiyi silahlı basqın nəticəsində 40-dan çox adam ölmüşdü.