Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:52

“Qarabağ” afrikalı hücumçu ilə maraqlanır


Qurban Qurbanov

Azərbaycanın “Qarabağ” klubu yeni hücumçu almaq istəyir.

İdman portallarının yaydıqları məlumatlara görə, klub Kiprin "Anortosis" komandasının afrikalı futbolçusu Dino Ndlov ilə maraqlanır.

Bununla bağlı "Qarabağ"ın artıq Kipr klubuna təklif də göndərdiyi bildirilib.

"Anortosis"in bu təklifə necə cavab verəcəyi hələlik bəlli deyil.

"Qarabağ" klubuda hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Dino Ndlov ötən mövsüm Kipr çempionatında keçirdiyi28 oyunda 16 qol vurub.

O, eyni zamanda 2012-ci ildən bəri Cənubi Afrika Respublikası yığmasında 4 oyun keçirib.

XS
SM
MD
LG