Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin birinci yarısında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, 2016-cı ilin birinci yarısında ölkə ərazisində 33 partlayış hadisəsi baş verib. Nəticədə 2 nəfər həlak olub, 33 nəfər xəsarət alıb. Ötən ilin analoji dövrü ilə müqayisədə fövqəladə hadisələr nəticəsində ölüm halların azaldığı bildirilir
Məlumatda qeyd edilir ki, yanğın hadisələri zamanı da 18 nəfər ölüb, 57 nəfər xəsarət alıb.
Buna da bax: İsa Sadıqov: “Yeyintini ört-basdır eləmək istəyə bilərlər”
Bundan başqa, təbii və texnogen mənşəli hadisələr nəticəsində də 22 nəfərin öldüyü, 95 nəfərin xəsarət aldığı bildirilir. Ümumilikdə fövqəladə hadisələr nəticəsində ilin ilk 6 ayında 42 nəfərin öldüyü, 185 nəfərin xəsarət aldığı aşıqlanıb
Ancaq Azərbaycanda bu ilin ən iri fövqəladə hadisəsi, ilk 6 ayın statistikasına düşməyib.
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki «Araz» zavodunda partlayış baş verib. Nəticədə 2 nəfər ölüb, 24 nəfər xəsarət alıb.