Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:30

Türkiyədə daha 800 əsgər azad edilib


Türkiyədə baş tutmamış 15 iyul qiyamından sonra minlərlə əsgər həbs olunub
Türkiyədə baş tutmamış 15 iyul qiyamından sonra minlərlə əsgər həbs olunub

Türkiyə məhkəməsi 800-dən çox siyahıdan kənar həbs olunmuş əsgəri azad edib. Bu barədə ölkə mediası xəbər verir.

İyulun 30-da İstanbulda həbs olunmuş 1000-ə yaxın hərbçidən 758-i azadlığa buraxılıb.

Onların azadlığa buraxılması üçün prokurorluq vəsatət verib, bildirib ki, onların hərbi çevrilişə bağlılığının olmaması sübuta yetirilib.

Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?

Azad olunanlar arasında hərbi lisey tələbələri də var.

Ölkənin daxili işlər naziri Efkan Ala bildirib ki, 9 mindən çox adam həbs olunub, onlardan çoxu hərbçidir.

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub və olaylar nəticəsində 200-dən çox adam ölüb.

Türkiyə hökuməti çevriliş planını Fətullah Gülən tərəfdarlarının hazırladığını bildirir.

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

XS
SM
MD
LG