Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:43

Ermənistanda cinayət işi qaldırıldı


Yerevanda polislə etirazçılar arasında toqquşma
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Yerevanda polislə etirazçılar arasında toqquşma

Ermənistan Prokurorluğu iyulun 29-su gecəsi Yerevanda jurnalistlərin döyülməsi faktı ilə bağlı cinayət işi qaldırıb.

Həmin gecə 15 jurnalist yaralanıb, onlardan 3-ü AzadlıqRadiosunun əməkdaşıdır.

AzadlıqRadiosu əməkdaşlarının sözlərinə görə, onlara mülkigeyimli şəxslər hücum edib, dəyənəklə döyülüblər, rezin güllələrlə yaralanıblar.

Jurnalistlərin bəzisi xəstəxanaya yerləşdirilib.

İyulun 29-da Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma olub, polis 50-dən çox adam saxlayıb, 20-sini həbs edib.

Aksiyaçılar bir neçə gündür ki, polis alayının binasını ələ keçirən silahlı qrupa dəstək aksiyası keçirirdi.

XS
SM
MD
LG