Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 06:12

Kiş kəndindəki körpü yenidən uçub


Foto arxiv
Foto arxiv

Təbiətin Şəkinin Kiş kənd sakinlərini yenidən sınağa çəkdiyi bildirilir.

Lent.az-ın xəbərinə görə, iyulun 29-da yağan yağışlar yenə də fəsadlara səbəb olub.

Yağıntının miqdarının çox olması səbəbindən Kiş çayında suyun səviyyəsinin bir neçə dəfə artdığı bildirilir. Xəbərdə qeyd edilir ki, bir müddət əvvəl Kiş kəndi ilə rayon mərkəzi arasında salınan müvəqqəti körpünün bir hissəsi uçub. Nəticədə həmin ərazidən gediş-gəliş məhdudlaşıb.

«Müvəqqəti körpünü su apardı, işıq xəttini zədələdi. Hazırda Kiş kəndində işıq, gediş-gəliş yoxdur. Nohur kəndi ilə gedib-gəlirdilər, o yolu da yağış dağıtdı»,- deyə kənd sakinləri bildiriblər.

İyulun əvvəlində yağan yağışlar Kiş kəndində körpünü uçurmuşdu. Bundan sonra həmin yerdə müvəqqəti körpü salınmışdı.

XS
SM
MD
LG