Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:24

Ermənistanda aksiyaya qatılan aktrisa həbs olunub


Erməni-kanada aktrisası Arsinee Khanjian.
Erməni-kanada aktrisası Arsinee Khanjian.

-

Dünyaca məşhur erməni kinorejissoru Atom Egoyanın arvadı aktrisa Kanadada yaşayan tanınmış aktrisa Arsinee Khanjian dünən Ermənistanın paytaxtı Yerevan şəhərində Xorenasiya küçəsində həbs olunub. Bu haqda "Newsarmenia" xəbər verir.

Aktrisanın həbs olunma səbəbi bilinməsə də, Khanjianın son günlər Yerevanda "Sasna Chrer" silahlı qruplaşmasını dəstəkləmək məqsədiylə keçirilən mitinqlərdə iştirak etməsi üzündən həbs olunduğu deyilir.

Buna da bax: "Sarkisyanın iqamətgahına yürüşü “yağış dayandırıb?”

Xatırladaq ki, "Sasna Çrer" silahlı qruplaşması iyulun 17-də Yerevanın Xorenasiya küçəsindəki polis idarəsini tutub. Qruplaşma üzvləri tərəfdarı olduqları radikal müxalif lider Jirair Sefilianın həbsdən buraxılmasını tələb edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG