Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:26

Sarkisyanın iqamətgahına yürüşü “yağış dayandırıb?”


Yerevan küçələrinə iğtişaş polisi yeridilib, 27 iyul 2016
Yerevan küçələrinə iğtişaş polisi yeridilib, 27 iyul 2016

Ermənistan paytaxtında Azadlıq meydanından prezident Serj Sarkisyanın iqamətgahına təşkil edilən yürüş yarımçıq dayandırılıb

Sputnik xəbər verir ki, Ermənistan paytaxtında Azadlıq meydanından prezident Serj Sarkisyanın iqamətgahına təşkil edilən yürüş yarımçıq dayandırılıb.

Xəbər verilir ki, yürüşçülər Azadlıq meydanına qayıdıblar və burada “leysan yağışına və ildırım çaxmasına” görə mitinq iyulun 29-a keçirilib.

Mitinq iştirakçıları iyulun 17-dən bəri Yerevanın Erebuni rayonunda polisin post-patrul xidmətinin binasını tutmuş silahlı dəstə ilə həmrəy olduqlarını bildirirdilər.

Azatutyun həmin mitinqdən videogörüntüləri yayınlayıb.

Bundan əvvəl “yağışa məhəl qoymayan nümayişçilər 40 dəqiqə ərzində Fransa meydanı yaxınlığında nəqliyyatın hərəkətini dayandırmışdılar”.

Sputnik meydana yaxın ərazidə “beş küçəni bağlamış polisə” dəstək üçün artıq yeni qüvvələr gətirildiyini xəbər verirdi.

Yürüş niyə dayanıb?

Bundan sonra nümayişçilər prezidentin Baqramyandakı iqamətgahına yürüşü dayandıraraq geriyə - Azadlıq meydanına qayıdıblar.

Xəbərlərdən yürüşün polisə, yoxsa hava şəraitinə görə dayandırıldığı tam aydın olmur.

Polis Yerevanda beş küçəni bağlayıb
Polis Yerevanda beş küçəni bağlayıb

Xəbər verilir ki, müxalif İrs partiyasından millət vəkili Armen Martirosyan ara verməyən yağışa görə mitinqçiləri “sabahadək evlərinə dağılışmağa” çağırıb.

O vəd edib ki, aksiyalar ölkə böhrandan çıxanadək davam etdiriləcək.

Bundan əvvəl yenə də Sputnik müxalifət etirazçılarının prezident Sarkisyanın iqamətgahına yürüş etdiklərini xəbər vermişdi.

Bu da bildirilirdi ki, nümayişçilərin qarşısını Konstitusiya Məhkəməsinin binası yaxınlığında iki cərgədə dayanan polis kordonu kəsib.

Nümayişçilər “azad və müstəqil Ermənistan”, “birlik” və “Sasna tsrer” şüarlarını səsləndirirdilər.

Etirazlar anti-Rusiya səciyyəsi daşıyır?

Ötən iki gün ərzində Ermənistan paytaxtından alınan xəbərlər və hadisələrin təhlilinə dair yazılar ziddiyyətlidir.

Ermənistanın bəzi rusdilli media qurumlarının təhlilçiləri aksiyaların anti-Rusiya xarakteri daşıdığını yazırlar.

Bu medialar Yerevandakı etirazların arxasında xarici qüvvələrin, ilk növbədə ABŞ-ın dayandığını iddia edir.

Rusiyayönlü təhlilçilər yazırlar ki, Qərb Yerevandakı Kiyevdəkinə bənzər “maydan” hazırlayır.

Son məlumatlara görə müxalifətin parlamentin fövqəladə sessiyasını keçirmək barədə tələbləri hələlik qəbul edilməyib.

Fövqəladə sessiya olmayacaq

Ermənistan parlamentinin spikeri Ermine Naqdalyan deyib ki, fövqəladə sessiya ölkədə yaranmış vəziyyəti daha da gərginləşdirə bilər.

Fövqəladə sessiyanın keçirilməsi üçün azı 44 deputatın təşəbbüsə qoşulması lazımdır. Hələlik yalnız 19 millət vəkili bu tələblə çıxış edir.

Xanım Naqdalyan deyib ki, hazırda PPX binasını tutmuş silahlı dəstə ilə intensiv danışqılar aparılır.

Bundan əvvəl danışıqlarda Qarabağ ermənisi, ehtiyatda olan general Vitali Balansanyan vasitəçilik edirdi.

Onun bu danışqılarda Serj Sarkisyan hökumətinin adından iştirak etdiyi başa düşülürdü.

Sonradan alınan xəbərlərə görə PPX-ni tutan silahlılar Balasanyanın vasitəçiliyindən imtina etmişdilər.

XS
SM
MD
LG