Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:18

Türkiyədə çevriliş cəhdi 'Azərbaycan saatı'nı da vurdu


Qənimət Zahid "Azərbaycan saatı"nda
Qənimət Zahid "Azərbaycan saatı"nda

►Xaricdə hazırlanan “Azərbaycan saatı ” proqramı yayımını müvəqqəti dayandırıb.

Bu haqda proqramın qurucusu və aparıcısı, hazırda mühacirətdə yaşayan “ Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid açıqlama yayıb.

Q. Zahid qeyd edir ki, bu məcburiyyət “Azərbaycan saatı”nın yayımlandığı “Barış” TV-nin qapadılmasından yaranıb.

“Türkiyədəki məlum hadisələr bizi də vurdu. Türkiyədə bağlanan 16 telekanal arasında “Azərbaycan saatı ”nın yayımlandığı “Barış” TV də var. Bu səbəbdən “Azərbaycan saatı” proqramı bir neçə həftə efirdə olmayacaq”, deyə Q. Zahid bildirib.

Buna da bax: Seymur Həzi həbsxanadan yazdı: Daima işığa can atmalıyıq

Q. Zahidin deməsinə görə, Türkiyədə qapadılan əksər media strukturlarından fərqli olaraq Barış TV- nin çevrilişə cəhdi himayə etməkdə günahlandırılan Fətullah Gülən ilə heç bir əlaqəsi yoxdur.

"Biz “Azərbaycan Saatı”nı yaydığımız kanalların həmişə, ilk növbədə, kimlərə aid olduğunu araşdırmışıq. Hələlik, “Azərbaycan Saatı” online versiyada davam edəcək. Ümid edirəm ki, bu, iki-üç həftədən artıq çəkməyəcək və biz hər hansı bir TV kanalı ilə əməkdaşlığa başlayacağıq ”.

Q.Zahid bildirib ki, bu müddət ərzində proqramı youtube-dan, facebookdan azadliq.info və azerbaycansaati.tv saytlarından izləmək mümkün olacaq.

“Azərbaycan saatı ” 2012-ci ilin aprelin 6-dan yayıma başlayıb. Televiziya proqramı müxalif mövqeyi ilə seçilir.

Buna da bax: Türkiyə hökuməti kosovolu jurnalistin cəzalandırılmasını istəyir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG