Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:55

Türkiyə hökuməti kosovolu jurnalistin cəzalandırılmasını istəyir


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

►Xarici işlər naziri Hoxhaj Türkiyənin Priştinadakı səfirliyinin xahişini “qəbuledilməz” adlandırıb

Kosovo Türkiyənin baş tutmamış dövlət çevrilişinə kinayəli şərh vermiş məşhur jurnalisti cəzalandırmaq xahişini geri çevirib.

İyulun 27-də Kosovo xarici işlər naziri Enver Hoxhaj bildirib ki, Türkiyənin Priştinadakı səfirliyinin xahişi "qəbulolunmazdır".

“Anlaşılmazlığın çözüləcəyinə inanıram”

Hoxhaj RFE/RL-in Balkan xidmətinə müsahibəsində bu "anlaşılmazlığın çözüləcəyinə" inandığını söyləyib.

İyulun 15-də - Türkiyədə çevriliş cəhdi gedərkən, Kosovonun populyar jurnalisti Berat Buzhala Facebook-da belə bir post paylaşıb:

"Mən Türkiyədə istirahətdə olan Kosovo Respublikası vətəndaşlarını ordu ilə birləşməyə çağırıram".

Satirik şərhləri ilə tanınan Buzhala daha sonra deyib ki, "bu, Facebook çıxandan bəri ən ciddi çevrilişdir".

Facebook postunun zarafat olduğunu göstərməkdən ötrü sonda dil çıxarmış emotikon qoyulub (“emotikon” deyərkən, duyğuları ifadə edən rəsm nəzərdə tutulur – red.).

Kosovo Jurnalistlər Cəmiyyəti Türkiyənin xahişini “qalmaqallı” sayıb

Ancaq iyulun 20-də Türkiyənin Priştinadakı səfirliyi Kosovo Xarici İşlər Nazirliyinə nota göndərərək, bu şərhlərə görə Buzhala-nın cəzalandırılmasını istəyib.

Buzhala-nın özü buna heç bir ictimai reaksiya verməsə də, Kosovo Jurnalistlər Cəmiyyəti səfirliyin xahişini "qəbuledilməz" və "qalmaqallı" adlandıraraq, səfirliyin bağlanmasına çağırıb.

Apreldə Türkiyə Berlinə də oxşar çağırışla üz tutmuşdu. Ankara bir alman komediyaçısının Türkiyə prezidenti Recep Tayyip Erdoğan haqqənda şeirini "təhqiramiz" adlandırmış və Berlindən bu komediyaçının cəzalandırılmasını tələb etmişdi.

Media azadlığını məhdudlaşdırdığına görə, Türkiyənin tənqidə tutulması son illər geniş hal alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG