Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:39

Qəbələdə yenə beynəlxalq musiqi şənliyi başlanır


Qəbələ Festivalı, 2014
Qəbələ Festivalı, 2014

-

İyulun 30-dan avqustun 5-dək Qəbələ şəhəri VIII Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edəcək

İyulun 30-dan avqustun 5-dək Qəbələ şəhəri VIII Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, festivala yerli və xarici görkəmli musiqiçilər, bədii kollektivlər, solist və dirijorlar qatılacaqlar.

İndi musiqi şənliyinin keçiriləcəyi yerlərdə ciddi hazırlıq işləri görülür. Söhbət həm də küçə, park və bağlarda abadlıq işlərindən, gecə işıqlandırma sistemlərinin qaydaya salınmasından, səliqə-sahman yaradılmasından gedir.

Bakı, Qəbələ, Şəki, Şamaxı, İsmayıllı və Gəncənin mərkəzi küçə və meydanlarında, bağ və gəzərliklərində quraşdırılan ayrıca plakatlar, əhaliyə paylanan müxtəlif reklam broşürləri festivala marağın artmasına xidmət edir.

Festivalın keçiriləcəyi zalda, qonaqların yerləşəcəyi otellərdə də hazırlıq işləri başa çatmaqdadır.

Musiqisevərlər Rauf Abdullayevin dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışına festivalın açılış mərasimində baxacaqlar.

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano yarışması da keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG