Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 02:14

Aşıq Ədalətin külliyyatı hazırlanır


►Külliyyat payızda təqdim olunacaq

Bütün yaxın Şərqə ün salmış sənətçinin - Aşıq Ədalətin repertuarı yazıya alınacaq və külliyyatı işıq üzü görəcək. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, külliyyatın hazırlanmasına Azərbaycan Aşıqlar Birliyi (AAB) dəstək verir.

Aşıq Ədalət saz havalarının bənzərsiz ifaçısı kimi şöhrətlənib.

Onun çalğısı dünyanın bir çox ölkəsinin mötəbər məclislərində səslənib.

Mütəxəssislərin fikrincə, saz sənəti bu böyük sənətkarın sayəsində XX əsrdə ən uca zirvəsinə çatıb.

Külliyyatın təqdimatı payızda keçiriləcək.

XS
SM
MD
LG