Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:36

Azərbaycan nefti 45 dollara düşdü


Neft

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin qiymətinin 0.05 dollar düşdüyü bildirilir. İndi «Layt» markalı neftin 43.15 dollara satıldığı qeyd edilir.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında da «Brent» markalı neftin 0.05 dollar ucuzlaşaraq 44.79 dollara satıldığı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti də 0.25 dollar düşüb. Hazırda Azərbaycan nefti 45.95 dollara satılır.
Bir müddət öncə, Azərbaycan nefti 50 dolları keçmişdi.

Azərbaycan neftinin «qızıl dövrü» 2009-cu ildə olub. Onda «AzəriLayt» markalı neft dünya birjalarında, az qala, 150 dollara satılırdı.

XS
SM
MD
LG