Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 12:39

-

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) BMT yanında məsləhətçi statusu alıb. Rusiya, Çin, Pakistan, Azərbaycan və digər ölkələr bu media təşkilatının akkreditə olunmasına qarşı çıxırdı.

İyulun 25-də BMT-nin İqtisadi və Sosial Şurası 40-5 səs çoxluğuyla CPJ-yə BMT tədbirlərinə çıxış və məsləhətçi status verib.

Çinlə Rusiya mayda qurumun bloklanması kampaniyasına rəhbərlik edirdi. Həmin ölkələr yenə də mövqelərində qalıblar, BMT-nin QHT-lər üzrə Komitəsinin öncəki qərarına yenidən baxmağın anlamı olmadığını deyiblər.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power deyib ki, CPJ-yə qarşı həmin qərar “biabırçılıq”dır və “BMT-nin etibarlılığına zərbə vurur, çünki biz hökumətləri vətəndaş cəmiyyətinin hüquqlarına sayqı göstərməyə çağırırıq”.

CPJ adətən, Azərbaycanda medianın durumu, jurnalistlərə təzyiqlərlə bağlı tənqidi hesabatlar, açıqlamalar yayır. Hakimiyyət təmsilçiləri isə belə tənqidləri qəbul etmir, ölkədə media azadlığının tam təmin olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG