Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:32

Çindən kapital axını sürətlənir


yuan
yuan

Goldman Sachs Group Inc.-ın bir təhlilinə görə, yuanın zəifləməsi, Çindən kapital axınını sürətləndirib.

ABŞ bankının hesablamasına görə, may ayında Çindən 25 milyard dollar kapital çıxıb, iyun ayındakı çıxış 49 milyard dollara yüksəlib.

Yuan ötən ay dollara nisbətdə 1,1 faiz və kommersiya yönümlü indeks qarşısında isə 2,2% dəyər itirib.

Çin rəsmilərinin yuanın düşməsinə icazə vermələrindən sonra 2015-ci ildə və 2016-ci ilin əvvəlində rekord səviyyədə kapital axını olub.

Eyni vaxtda son dövrdə Çin kapitallı şirkətlər fəal şəkildə Avropada daşınmaz mülkiyyət və şirkətlər alırlar.

XS
SM
MD
LG