Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:01

Bu il prezident seçkisi ola bilər?


Gədəbəy
Gədəbəy

Bankların bağlanması, Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı və Azərbaycanda xalqlar arasında münasibətlər bu gün qəzetlərin əsas mövzusudur.

TOLERANTLIQ NÜMUNƏSİ OLAN KƏND

«Azərbaycan» qəzetində ölkədə yaşayan xalqların dostluq və bərabərliyindən bəhs edən «180 illik birgəyaşayış» sərlövhəli məqalə dərc olunub.

Müəllif Azərbaycanda müxtəlif xalqların birgəyaşayışının təsdiqi kimi Gədəbəy rayonunun Slavyanka kəndini nümunə göstərir.

Yazıda bildirilir ki, bu birgəyaşayış normaları ölkədə yürüdülən milli və dini tolerantlıq siyasətinin, multikulturalizm ənənələrinin nəticəsidir: «Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri hüquqi, siyasi müstəvidə yeni mərhələyə qədəm qoymuşdur».

Müəllif yazır ki, bu kəndi 1837-ci ildə Rusiyanın Tavriya şəhərindən sürgün edilən ruslar salıb. Yazıda qeyd edilir ki, dini inancları baxımından «duxobor» olan bu insanlar birbaşa Allaha sitayiş etdiklərindən, hər hansı «Allah evi» deyilən məbədləri yoxdur. İldə bir dəfə «duxobor günü» münasibətilə dini ayinlər icra edirlər.

Müəllif bildirir ki, hazırda kəndin 4 min 300 nəfər əhalisi var. Kənddə xəstəxana, poçt, elektron ATS, internet şəbəkəsi, musiqi məktəbi, mədəniyyət evi fəaliyyət göstərir. Yazıda həmçinin bildirilir ki, kəndin 50-dən artıq sakini yaxınlıqda fəaliyyət göstərən «Slavyanka» mineral sular zavodunda işləyir.

Müəllif yazır ki, kənddə təkcə ruslar yaşamır. Slavyanka beynəlmiləl kəndə çevrilib. Hamı dostluq, mehribanlıq şəraitində ömür sürür.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -
İbrahim İbrahimli
İbrahim İbrahimli

HAKİMİYYƏTDAXİLİ ZİDDİYYƏTLƏR...

«Azadlıq» qəzetində dərc edilən «Parlamentin səlahiyyətlərinin azaldılmasına səbəb hakimiyyətdaxili ziddiyyətlərdir» sərlövhəli məqalədə Referendum Aktı layihəsi gözdən keçirilir.

Məqalədə qeyd edilir ki, dövlət başçısı İ.Əliyevin göndərdiyi bu layihəyə bu gün - iyulun 25-də Konstitusiya Məhkəməsində baxılacaq. Müəllifin fikrincə, hadisələr çox sürətlə cərəyan edir. O, bəzi ekspertlərə istinadən qeyd edir ki, 2018-ci ildə keçirilməli olan prezident seçkisi bu ilə çəkilə bilər: «Referendumun tələsik keçirilməsi, səlahiyyətlərin bir əldə cəmləşməsi onu deməyə əsas verir ki, hakimiyyət bunu mümkün qədər tez etmək istəyir».

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli qəzetə deyib ki, 2009-cu ildə keçirilən referendumla konstitusiyalı monarxiyaya keçidə start verilib. I.İbrahimlinin fikrincə, iqtidar uzun illər neft pullarının hesabına ölkəni rahat idarə edib. Amma manatın iki dəfə devalvasiyası, neft pullarının və istehsalın azalması iqtisadi çətinlikləri üzə çıxardıb: «Artıq dövlət büdcəsində ciddi şəkildə çətinlik, tədiyyə balansında kəsir əmələ gəlib. İdxal ilə ixrac arasında kəskin fərq yaranıb, ölkədən güclü kapital axanı yaşanır. Odur ki, hakimiyyət böhranın dərinləşib dibə dəyməsinə qədər bütün səlahiyyətləri vahid əldə cəmləşdirmək istəyir».

İ.İbrahimlinin gəldiyi nəticəyə görə, sənəddə Milli Məclisin, Nazirlər Kabinetinin səlahiyyətlərinin azalmasının səbəbi də hakimiyyət daxilindəki ziddiyyətlərdir.

Zaminbank
Zaminbank

BANKLARIN BAĞLANMASI DAVAM EDƏCƏK

«Yeni Müsavat» qəzeti isə bəzi bankların lisenziyasının ləğvi ilə bağlı müzakirələri davam etdirir.

Yazının girişində lisenziyası alınan «Dekabank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC haqda qısa bilgi verilir.
Daha sonra isə hüquqşünas ekspertlərdən Əkrəm Həsənovun fikirlərinə yer verilir. Ekspert Azərbaycanda bank sektorunun gələcəyinə heç də nikbin baxmır: «Bu prosesin ardı yenə olacaq. Bank sistemində vəziyyət olduqca ağırdır, amma buna görə məsuliyyətə cəlb olunan yoxdur. Budur, onların sırasından dördü də tarixə qovuşdu».

Ə.Həsənov deyir ki, bankların çökməsinin səbəbi menecerlərin acgözlüyü, əliəyriliyi və savadsızlığındadır. Onun fikrincə, daha bir səbəb Mərkəzi Bankın səlahiyyətlərini bərbad şəkildə yerinə yetirməsidir. Ekspert deyir ki. bu banklarda yüksəkfaizli sığortalanmayan əmanətlər də çox olub və onların hamısı batıb.

İqtisadçı Qubad İbadoğlu da deyir ki, bankların bağlanması prosesi davam edəcək: «Bu proses heç də manata olan etimadı artırmayacaq. Çünki bankları bundan sonra da ciddi sınaqlar gözləyir. Bankların problemlərinin həlli bütünlükdə iqtisadiyyatın inkişafından asılıdır. Bu isə yaxın vaxtlar üçün mümkün görünmür».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG