Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:53

Atəşkəslə bağlı 25 iyul açıqlaması


Erməni əsgər
Erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 16 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan və İcevan rayonlarından Azərbaycan ordusunun Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan da Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu və Ağdam kəndlərində yerləşən mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Füzuli, Xocavənd rayonları istiqamətlərindən də Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG