Donbasda 6 Ukrayna hərbçisi həlak olub, 13 hərbçi yaralanıb.
Bu haqda Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
Rəsmi Kiyev bildirir ki, iyulun 23-də separatçılar atəşkəs rejiminin 80 dəfə pozublar. Separatçılar da öz növbəsində atəşkəsin 200 dəfə pozulduğunu bildiriblər.
Buna da bax: Azərbaycan gömrüyünü 8 saata keçdik
2014-cü ilin yazından Donbasda baş verən silahlı qarşıdurma nəticəsində 9 mindən çox adam həlak olub, 20 minə yaxın şəxs yaralanıb.
Rəsmi Kiyev və Qərb Rusiyanı Donbasdakı separatçıları silahlandırmaqda ittiham edir. Kreml bu ittihamı qəbul etmir.