Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:13

'Azərbaycan gömrüyünü 8 saata keçdik'


Azərbaycan-Gürcüstan sərhədi
Azərbaycan-Gürcüstan sərhədi

►“Gömrükdəki tıxacı elə gömrük işçiləri ilə əlbir olan sadə adamlar yaradır”

“Get, gəz, dolan, istirahət elə, gül kimi əhval-ruhiyyədə qayıt gəl, Azərbaycan gömrüyündə hər cür macəranı yaşa...”

AzadlıqRadiosunun dinləyicisi Aysel Qəmbərli deyir, ailəsi ilə birlikdə Türkiyədə istirahət etdikdən sonra iyulun 20-də Azərbaycana qayıdanda “Sınıq körpü”də nə az, nə çox – düz 8 saat əsəb gərginliyi keçiriblər.

Sadəcə, bəxtləri onda gətirib ki, gömrüyü günəş şüasının baş deşən vaxtlarında yox, gecə saatlarında keçirlərmiş. Bəs nə baş verib? İstirahətdən qayıdan Qəmbərlilər ailəsini gömrükdə narazı salan nə olub? Aysel Qəmbərli danışır:

“Ailəlikcə üç maşında qayıdırdıq. Türkiyə sərhədindən 2 dəqiqəyə keçdik, Gürcüstan sərhədində azca ləngidik, gürcü gömrükçülər dedilər ki, “bizlik deyil, sizin sərhəddə tıxac yaranıb”. Bizim gömrükçülərin yaratdıqları süni tıxac, az qala, Gürcüstan gömrüyünə qədər uzanmışdı. Deməli, Gürcüstan vətəndaşı olan 10-15 azərbaycanlı öz maşınlarını sıraya düzüb qəsdən başqa maşınların yolunu kəsirlər. Elə vəziyyət yaradırlar ki, sıraya girənlər daha sıradan çıxa bilmirlər. Başqa sözlə, “yatıb qalırlar” sırada... Sonra bəzi şəxslər uzun-uzadı yaranmış növbədən istifadə edib arxa maşınlardan 30-40 manat alır, onları gətirib növbədənkənar keçirib yola salırlar. Bu proses bütün günü davam edir. Pul verməyənlər də məcbur qalıb sırada “yatırlar”. Bu da ucu-bucağı görünməyən süni tıxac yaradır”.

Buna da bax: İlham Əliyevin verdiyi qərarların gömrüyə təsiri nə olub?- Şərh

“POLİS DƏ ÇAĞIRDIQ”

Aysel xanımın sözlərinə görə, baş verənlər barədə Azərbaycan gömrükçülərinə məlumat veriblər. “Dəllalların” ortadan yığışdırılmasını və bütün avtomobillərə gömrüyü keçməyə bərabər imkan yaradılmasını istəyiblər. 8 saatdan sonra gəlib Azərbaycan gömrüyünə yetişəndə isə hər şey onlara aydın olub:

“Hətta polis də çağırdıq. Gəlib bir tədbir görə bilmədilər. Gəlib öz gömrüyümüzə çatanda gördük ki, həmin adamlar bizim gömrüyə qədər gəlirlər, burda bizim gömrükçülərlə əl verib, öpüşüb görüşürlər, başa düşdük ki, bunlar əlbirdilər. Heç nə özbaşına baş vermir”.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

SƏHƏR 6-DA KEÇİBLƏR

Dinləyici deyir, axşam saat 21:45-də Gürcüstan gömrüyünə daxil olublar, səhər saat 6-da Azərbaycan gömrüyündən keçiblər. Gecə saatlarında səbr kasası daşmış sürücülərlə tıxaca səbəbkar olan “dəllallar” arasında uzun-uzadı mübahisələr, hətta əlbəyaxa dava-dalaş da baş verib, gömrük işçiləri müdaxilə etməyib.

“Sınıq körpü”də baş verənlərlə bağlı gün ərzində Dövlət Gömrük Komitəsindən münasibət ala bilmədik. AzadlıqRadiosu mövzunu diqqətdə saxlayacaq.

XS
SM
MD
LG