Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Çindəki seldə 25 nəfər ölüb, 13-ü itkin düşüb


Selin fəsadları (arxiv fotosu)
Selin fəsadları (arxiv fotosu)

Çində baş verən sel və fırtına nəticəsində 25 nəfər ölüb, 13 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışları davam etdirilir.

Təbii fəlakət ölkənin şərqində yerləşən Hıbey əyalətinin Şietai şəhərində baş verib. 1 milyon 340 min adam elektriksiz qalıb.

Buna da bax: «Loukoster»lər Gürcüstana turist axınını kəskin artırıb

88 min adam təbii fəlakət bölgəsindən köçürülüb. Şiddətli yağışlar 5 minə yaxın evi uçurdub, 6 minə yaxın ev isə zərər görüb.

Sel və daşqın ölkəyə təxminən 150 milyon dollar ziyan vurub.

XS
SM
MD
LG