“Bavariya"nın yarımmüdafiəçisi Mario Qötze yenidən keçmiş komandası "Borussiya"ya qayıdıb.
Klubun rəsmi saytınında gedən məlumata görə, o artıq yeni mövsümdən əvvəlki klubunda oynayacaq.
24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacağı bildirilir.
“Borussiya” bunun üçün "Bavariya"ya 23 milyon avro ödəməli olacaq.
“Bavariya” 2013-cü ildə Qötzeni 37 milyon avroya almışdı.
O, Bundesliqada keçirdiyi 73 oyunda 22 qol vurub.