Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 13:15

Yerevanda 136 aksiyaçı həbs edilib


Yerevanda polis aksiyanı dağıtdı
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Yerevanda polis aksiyanı dağıtdı

Yerevan polisi səhər saat 5-də zəbt edilmiş polis binasının ətrafındakı etiraz aksiyasını dağıdıb.

Azı 136 aksiyaçının həbs edildiyi bildirilir.

Bundan əvvəl, gecə aksiyaçılarla polis arasında toqquşma olub.

Qarşıdurma, aksiyaçılar polis səddini yarmaq istəyərkən baş verib.

Aksiyaçılar polisi daşa basıb, polis isə buna cavab olaraq səs qumbaralarından istifadə edib.

Ermənistanın səhiyyə nazirliyi 51 nəfərin yaralandığını, onlardan 28-nin polis olduğunu bildirir.

Qeyd edək ki, bir qrup silahlı adam ötən bazar polis-patrul xidməti alayının Erebunidəki binasını zəbt edib.

Hücum vaxtı 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Onlar “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Hakimiyyət nümayəndələri hazırda onlarla danışıqlar aparır.

Sefilyan qanunsuz silah saxlama ittihamı ilə iyunda həbs olunub.

XS
SM
MD
LG