Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 13:06

Superkubokun hakimləri bəlli oldu


Foto arxiv

UEFA superkuboku çərçivəsində İspaniyanın "Real" və "Sevilya" klubları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Qurumun rəsmi məlumatına görə, Norveçdə keçiriləcək oyunu serbiyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Milorad Maziç olacaq.

Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curceviç köməklik edəcək.

Polşalı Simon Marçinyak isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 9-da Tronheym şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

XS
SM
MD
LG