Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:11

Donald Trump rəsmi namizəddir


Donald Trump
Donald Trump

ABŞ-da respublikaçılar milyarder Donald Trump-ı prezidentliyə rəsmi namizədləri elan ediblər. O, iyulun 21-də qurultayda çıxış edərək namizədliyi formal olaraq qəbul edəcək.

Trump-ın bir sıra açıqlamaları qalmaqal yaradıb. O, müsəlmanların Birləşmiş Ştatlara girməsini əngəlləməyə, meksikalı miqrantların qarşısını almaqdan ötrü hasar çəkməyə çağırıb, qadınlar barədə ziddiyyətli bəyanatlar verib.

Hətta keçmiş prezident George W.Bush kimi tanınmış respublikaçılar belə onun açıqlamalarını tənqid edib.

Prezident seçkisində Trump-ın rəqibi demokratlardan keçmiş dövlət katibi Hillary Clinton olacaq. Onun namizədliyi gələn həftə Filadelfiyada elan olunacaq.

ABŞ-da seçki noyabrın 8-dir.

XS
SM
MD
LG