Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:05

Rusiyada maliyyə böhranı HIV xəstələrinə çatdı


HIV-pozitiv pasiyentlərin palatası
HIV-pozitiv pasiyentlərin palatası

Bu haqda «Kommersant» qəzeti yazır. Nəşrin yaydığı məlumata görə, bu cür xəstələrə ayrılan vəsait ortalama 10 faizdən 30 faizə qədər ixtisar edilib. Xüsusən də Rusiyanın bölgələrində xəstələrə preparatların alınması məqsədilə ayrılan vəsait əhəmiyyətli dərəcədə aşağı salınıb.

BÖLGƏLƏR CİDDİ PROBLEMLƏ ÜZLƏŞİBLƏR

Müalicəyə hazırlıq üzrə beynəlxalq koalisiyanın hesablamasına görə, 2016-cı ilin planlaşdırılan maliyyələşdirilməsi zamanı regionlarda HİV müalicəsi üçün preparatların alınmasına ayrılan məbləğ ötən illə müqayisədə 44 milyon rubl (təxminən 500 min dollar) azdır.

Buna da bax: Rusiyadan HİV, İrandan narkotika

Beləliklə, ən çox azalma Tatarıstandadır – 27 faiz, sonra Krasnoyarsk gəlir, onun payı 20 faiz azaldılıb. Altay diyarı və Çelyabinskdə preparatlar üçün ayrılan vəsait 15-16 faiz ixtisar edilib. Moskva vilayətində bu rəqəm 12 faizdir. Ən az ixtisar isə İrkutskdadır – 5 faiz.

Məlumatlarda deyilir ki, regionlar bu ilin yazından ciddi problemlərlə üzləşiblər: federal büdcədən bu cür xəstələrə preparatların alınması üçün ayrılan maliyyə artıq əvvəlki səviyyədə olmayacaq.

HAKİMİYYƏTDƏKİ MƏNBƏ: «SƏBƏB ANTİ-BÖHRAN TƏDBİRİDİR»

Hakimiyyətdəki mənbə qəzetə deyib ki, maliyyənin azaldılmasına səbəb anti-böhran planları çərçivəsində büdcə xərclərinin azaldılmasıdır.

Buna da bax: Xəstəxanada yoluxan HİV virusu

Mənbənin sözlərinə görə, bütünlükdə bu sahəyə yönəldilmiş vəsait dondurulur, ancaq bir sıra regionlar daxili maliyyənin yenidən paylaşdırılması sayəsində vəziyyətdən çıxa biləcəklər.

Rusiyada rəsmən bir milyon şəxs HİV-ə yoluxmuş xəstə kimi qeydiyyatdan keçib.

SƏHİYYƏ NAZİRLİYİ: «STATİSTİKA TƏHRİF OLUNUB»

«Kommersant»ın yazdıqlarına səhiyyə nazirinin müavini Sergey Kraevoy münasibət bildirib. Onun sözlərinə görə, sözügedən xəstələrə preparat alınması üçün vəsait regionlardan göndərilən müraciətlər, eləcə də statistik məlumatlar əsasında ayrılır. Yəni HİV xəstələri ilə bağlı rəqəmlər araşdırıldıqdan sonra hesablamalar aparılır.

Buna da bax: Qafqazda HIV-ə yoluxanların sayı artır

«Ona görə də biz az vəsait ayrılıb deyəndə bütün zəncir sıralamasını nəzərdən keçirməli və daha sonra hansı həlqənin sıradan çıxdığını deməliyik: düzgün olmayan qeydiyyat, təhrif edilmiş statistik hesabatlılıq və ya düzgün aparılmayan konkurs prosedurları», - nazir müavini bildirib.

PASİYENTLƏR MÜALİCƏSİZ QALMAYACAQLAR

Çelyabinskdə isə rəsmilər pasiyentləri müalicəsiz qoymayacaqlarını deyiblər. Hətta məsələyə Çelyabinskin qubernatoru Boris Dubrovskinin qarışdığı, onun şəxsən səhiyyə nazirinə vəsait üçün müraciət etdiyi bildirilir. Eyni zamanda, o vilayət büdcəsindən bu məqsədlə 58 milyon rubl ayırıb.

Buna da bax: AİDS-dən qoruyan dərman satışa buraxıldı

Amma bununla belə, rəsmilər əmindirlər ki, bölgələrdə HİV-lə bağlı rəqəmlərlə spekulyasiya edilir, rəqəmlər şişirdilir. Elə səhiyyə nazirinin müavini Sergey Kraevoy «Kommersant»a ölkədə epidemiya olmadığını bəyan edib.

Hərçənd göstəricilər Rusiyada bu sahədə durumun ürəkaçan olmadığını söyləməyə əsas verir. Ölkənin düz 22 bölgəsi yeni yoluxmaların 50 faiz artması haqda xəbər verirlər. Regionlardan 7-i xəstəliyə yoluxmaya görə ən kritik həddədir. Bu regionlar narkotrafik yolunun üstündə yerləşirlər. Qəzet onların adını çəkməsə də, bu regionlarda HİV-ə yoluxmanın ümumrusiya göstəricilərindən 2-3 dəfə artıq olduğunu bildirirlər.

Buna da bax: «Etiraf etməliyik ki, bu gün Azərbaycanda AIDS problemi var»

HİV insanın immunçatışmazlığı virusu deməkdir. O orqanizmi infeksiyadan qoruyan T-limfositləri hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərən virusdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG