Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:52

«Sovetski»də evləri sökülənlərə yeni mənzillər verilib


«Sovetski» sökülməmişdən qabaq, 14 avqust 2014
«Sovetski» sökülməmişdən qabaq, 14 avqust 2014

Bakının «Sovetski» məhəlləsində evlərin sökülməsi və sakinlərin köçürülməsi davam edir.

Yasamal Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, kiçik sahəli mənzillərin sahibləri yeni mənzillərlə təmin olunur.

Buna da bax: Sovetski məhəlləsi belə sökülür...

Artıq Nərimanov rayonu ərazisində bərpa olunmuş doqquzmərtəbəli binalarda 104 ailəyə ikiotaqlı, 120 ailəyə birotaqlı yeni mənzil verilib.

İyulun 1-dək 8769 ünvanda ölçü işləri aparılıb, 3432 ünvanda razılaşma protokolu imzalanıb, 3273 daşınmaz əmlak sahiblərinə vəsait ödənilib. 2848 ünvanda daşınmaz əmlakın sökülməsi başa çatdırılıb.

Söküntü işləri Bakı şəhərinin Baş Planına əsasən həyata keçirilir.

XS
SM
MD
LG