Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:31

ABŞ və Rusiya Suriya ilə bağlı razılığa gəlib


J.Kerry və S.Lavrov
J.Kerry və S.Lavrov

ABŞ və Rusiya Suriyada zorakılığa son vermək üçün konkret addımlar atmaq barədə razılığa gəliblər.

Bunu ABŞ-ın dövlət katibi John Kerry Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la 10 saata yaxın davam edən görüşündən sonra deyib.

Lakin o, razılaşmanın təfərrüatlarını açıqlamayıb: «Konkret addımların nədən ibarət olduğunu ictimaiyyətə açıqlamaq niyyətində deyilik. Çünki biz onların həyata keçməsini istəyirik, onların həyata keçməsi üçün isə hələ çox iş görməliyik».

S.Lavrov isə tərəflərin siyasi prosesi bərpa etməyə razılaşdıqlarını bildirib. Deyib ki, Moskva Suriya hökumətinə təsir imkanlarından istifadə edəcək.

J.Kerry tərəflərin Suriyadakı hərbi əməliyyatlarını uzlaşdırmaq və 5 ildir davam edən münaqişəyə son qoymağın yolunu tapmaq üçün Moskvaya səfər edib. Onlar Suriya ilə yanaşı, Dağlıq Qarabağ və Ukrayna münaqişəsini də müzakirə ediblər.

XS
SM
MD
LG