Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:40

16 iyul atəşkəs açıqlaması


Erməni əsgər
Erməni əsgər

Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 7 dəfə pozduğunu bildirir.

Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqeləri atəşə tutulub. Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Bu il aprelin 2-5-də Qarabağ cəbhəsində hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra atəşkəsə tam əməl olunmasa da, pozulma hallarında azalma müşahidə edilir.

Hazırda diplomatik səylər davam etməkdədir. İyunun 20-də Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin sammiti baş tutub.

XS
SM
MD
LG