Keçid linkləri

2026, 13 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:58

Mənzillər ucuzlaşıb

Bina
Bina

2016-cı ilin ikinci rübündə Azərbaycanda mənzillər ilin əvvəlinə nisbətən 0.9 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

DSK-nın müşahidəsinə görə, bu dövrdə ilkin bazarda 0.4 faiz artım, təkrar mənzil bazarında isə 0.9 faiz ucuzlaşma olub.

Daşınmaz Əmlakın Dövlət Reyestrinin məlumatına görə, təkrar bazarda aktivlik, bir qayda olaraq, ilkin bazardakından iki dəfə yüksək olur.

Mənzil bazarında aktivlik azalsa da, ikinci rübdə ilkin bazarda ötən ilin eyni dövrünə nisbətən 3.2 faiz artım olub.

Ekspertlər dolların manata nisbətdə bahalaşmasının mənzil bazarında yenidən durğunluq yaradacağını proqnozlaşdırırlar.

This item is part of
XS
SM
MD
LG