Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:44

143 vəzifəli şəxs barəsində cinayət işi məhkəmədə


Foto illüstrasiya

2016-cı ilin birinci yarısında dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işi məhkəmələrə göndərilib.

APA-nın xəbərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bunu iyulun 15-də keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, həmin cinayət işlərindən 48-i qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 30-u vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 25-i vəzifə səlahiyyətlərindən sui-istifadə və aşma ilə əlaqədar olub.

Barəsində cinayət işi qaldırılan şəxslərin 7-si rüşvət almada ittiham edilir.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 10 milyon manat ziyanın 3 milyon manatı ödənilib.

Özəl sahədə həbslər keçən ilin may ayından bu yana kütləvi xarakter alıb.

Beynəlxalq Bankdan kredit götürülməsi ilə bağlı öncə 150-dən çox şəxsə ittiham irəli sürülüb, sonradan onların çoxu buraxılıb. Hazırda Beynəlxalq Bankla bağlı kredit məsələsinə görə 32 nəfərə qarşı cinayət işi davam edir.

XS
SM
MD
LG