Cari maliyyə ilinin ilk 9 ayında ABŞ-ın büdcə kəsiri əvvəlki müvafiq dövrlə müqayisədə 26,7 faiz artaraq 316 milyard dollardan 400,8 milyard dollara çatıb.
Bu məlumatı Reuters Maliyyə nazirliyinə istinadla verir. Büdcə kəsirinin artması dolların məzənnəsinə ziyandır.
Bu müddət ərzində büdcənin gəliri 0,9 faiz artıb, 2,47 trilyon dollar olub. Xərcləri isə daha çox artıb- 3,9 faiz və 2,87 trilyon dollara çatıb.
Konqresin Büdcə Komitəsi bu il üçün büdcə kəsirini 534 milyard dollar proqnozlaşdırır. Bu da ÜDM-un 2,9 faizidir.
ABŞ-da axırıncı dəfə büdcənin kəsirsiz icra olunması 2001-ci ildə olub.
ABŞ-da maliyyə ili oktyabrın 1-də başlanır.
Keçən il büdcə kəsiri 438 milyard dollar idi.