Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:03

XİN Fransadakı terrorla bağlı bəyənat yaydı


XİN
XİN

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyir.

Nazirlik bildirir ki, Fransadakı səfirlik bu ölkənin müvafiq orqanları vasitəsilə terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını araşdırır.

Azərbaycan XİN hazırda Fransada olan Azərbaycan vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırır.

İyulun 14-də Fransanın Nitse şəhərində törədilən terror zamanı 84 nəfər həlak olub, 200-dən çox adam yaralanıb.

XS
SM
MD
LG