Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 18:23

Bankların kredit verməsi kəskin azalıb - rəsmi statistika


Manat
Manat

2016-cı ilin iyunun 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 18 milyard 197.1 milyon manat olub.

Məlumatı Mərkəzi Bank yayıb.

Onun 4 milyard 306.1 milyon manatı uzunmüddətli kreditlərdir. Kredit portfeli ötən il iyunun 1-i ilə müqayisədə 11.1 faiz azalıb.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8.3 faizinə bərabərdir.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği isə iyunun 1-nə 7 milyard 566 milyon manat təşkil edib.

XS
SM
MD
LG