Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 16:27

Tanınmış memar oğluyla kitab yazdı

►“Azərbaycanın sehrli abidələri” adlanan kitabda 40-dan artıq memarlıq abidəsi haqqında maraqlı hekayətlər yer alıb

İyulun 13-də Müasir İncəsənət Muzeyində “Azərbaycanın sehrli abidələri” kitabının təqdimatı keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, kitabın müəllifləri sənətşünaslıq doktoru, Azərbaycan Memarlar İttifaqının məsul katibi Elçin Əliyev və onun oğlu 10-cu sinif şagirdi Naib Əlizadədir.

Təqdimat mərasimi “Nargiz” jurnalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

Uşaqlara ünvanlanan və qədim torpağın memarlıq abidələrindən bəhs edən bu kitab Azərbaycanda dərc edilən ilk unikal nəşrdir.

“Azərbaycanın sehrli abidələri” kitabında 40-dan artıq memarlıq abidəsi haqqında maraqlı hekayətlər yer alıb.

This item is part of
XS
SM
MD
LG