Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:59

Komitədən ittiham: İcra hakimiyyətləri torpaqları qanunsuz satıb


Sahə
Sahə

«Aparılan nəzarət tədbirləri nəticəsində torpaqların istifadəsi ilə bağlı çoxsaylı pozuntu halları aşkarlanıb. Belə ki, ölkə üzrə mövcud olan 1.8 mln. hektar əkin sahəsinin 198 min hektarı (11.3 faizi) istifadə olunmur». Bunu Əmlak Məsələləri Dövlət Komitəsi açıqlayıb.

Komitənin rəsmi saytında deyilir ki, 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanası, 6 min hektarda isə 222 qanunsuz balıq gölü yaradılıb. İcra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsini qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verib, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.

Komitə bildirir ki, 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1.2 mln. hektar torpaq sahəsinin 44.3 min hektarı faktiki istifadəsiz qalıb: «Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Belə ki, ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri-kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir».

Məlumatda o da vurğulanır ki, ilk dəfə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri hazırlanıb.

Dövlət Komitəsinin açıqlamasına görə, 10 rayonda torpaqların elektron uçotu işləri aparılır, elektron torpaq xəritələri tərtib edilir: «53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələrin 130 min hektar ərazini əhatə edən yaşayış məntəqələrinin torpaqlarının elektron kadastr uçotuna alınması işi davam etdirilir. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur».

Buna da bax: İlham Əliyev: «Mənə arayış təqdim ediblər, adlar var»

İyunun 10-da prezidenti İlham Əliyev hökumətin iclasında torpaqların zəbt edilməsi halları olduğunu, bu məsələdə məmurların da adlarının keçdiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG