Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:55

Atəşkəslə bağlı 10 iyul açıqlaması


Erməni əsgəri Dağlıq Qarabağ ərazisində, 6 aprel, 2016
Erməni əsgəri Dağlıq Qarabağ ərazisində, 6 aprel, 2016

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, iyulun 10-na keçən gecə Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 12 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunda yerləşən mövqelərindən Azərbaycan ordusunun Qazax rayonunun Kəmərli kəndindəki mövqeləri atəşə tutulub.

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub, - nazirliyin mətbuat xidmətindən bildirilir.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

XS
SM
MD
LG