Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 16:44

"Dallas snayperi" ABŞ ordusunun ehtiyatda olan xidmətçisidir


Dallas polisinin yaydığı şəkil
Dallas polisinin yaydığı şəkil

ABŞ-ın Dallas şəhərində polisləri güllələyən snayper ABŞ Ordusunun ehtiyatda olan xidmətçisi imiş. Onun 25 yaşı var idi.

Reuters-in məlumatına görə, Micah Johnson 2013-cü ilin noyabrından 2014-cü ilin iyuluna kimi Əfqanıstanda əməliyyatda iştirak edib. 2009-cu ildən 2015-ci ilə kimi Texasda ordunun mühəndis briqadasında dülgər kimi xidmətdə olub.

Reutersin məlumatına görə, Johnson iyulun 2-də Facebook-da ağları qaradərililərlə pis münasibətə görə ittiham edirdi. Facebook-dakı bir şəklində isə yumruğunu yuxarı qaldırıb, bu da Black Power (Qara Güc) təşkilatının rəmzidir.

Dallas şəhərinin meri Mike Rollings deyib ki, çox güman ki, Johnson təkbaşına hərəkət edib.

Texas ştatının baş prokuroru Ken Paxton isə deyib ki, onun tək olmasını demək hələ tezdir.

İyulun 8-də polis özbaşınalığına qarşı etirazlar zamanı polis işçilərinə atəş açılmağa bağladı. 3 polis yerində öldü, 2 polis isə sonradan xəstəxanada. Daha 6 polis yaralıandı. Onlardan 2-si ağır vəziyyətdədir.

Johnson qarajda gizlənirdi. Onu üstündə partlayıcı olan xüsusi robotla öldürdülər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG